...

Hesab.az portalında onlayn ödəsən, bir də gördün Maldivdəsən!

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2015 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az, Visa şirkəti ilə birgə "Hesab.az-da onlayn ödəsən, bir də gördün Maldivdəsən" lotereya kampaniyasına başlayır. Trend-in məlumatına görə, Visa/Visa Electron kart sahibləri Hesab.az portalı ilə minimum 10 AZN ödəniş etdikdə avtomatik olaraq lotereya şansı əldə edirlər.

Sentyabrın 3-də keçiriləcək tədbirdə qaliblər müəyyənləşəcək. Kampaniya çərçivəsində 10-larla dəyərli hədiyyələr, xüsusən Maldiv adalarına 2 nəfərlik səyahət Hesab.az istifadəçilərinə təqdim ediləcək. Hədiyyələrin tam siyahısını diqqətinizə çatdırırıq:

  • 1 ədəd Maldiv adalarına 2 nəfərlik səyahət
  • 10 ədəd 40 ekran SHARP televizorları
  • 10 ədəd iPad Mini 3 16 GB
  • 100 ədəd 20 AZN dəyərində Hesab.az Hədiyyə Kartları

Lotereyada iştirak etmək üçün www.hesab.az portalından qeydiyyatdan keçmək və Visa kartı ilə minimum 10 AZN ödəniş etmək lazımdır. Daha çox ödəniş edənlər hədiyyə qazanmaq üçün daha çox şans əldə edirlər. Belə ki, 50 AZN və yuxarı ödənişlərdə istifadəçilər 2 qat lotereya şansı əldə edirlər. Məsələn, 60 AZN ödəniş etdikləri halda 6 ədəd lotereya şansı yerinə, 12 ədəd şans əldə edəcəklər.

Lotereya iştirakçıları yalnız bu xidmətlər üçün ödəniş etdikdə lotereya şansı əldə edirlər: Kommunal, mobil, kabel tv, internet, əyləncə, Naxçıvan ödənişləri. Kampaniyaya Hesab.az portalının bank kreditləri ödənişi, sığorta və kinoteatr biletləri ödənişləri daxil deyildir.

Lotereyanın nəticələri 03 Sentyabr 2015-ci ildə Park İnn otelində keçiriləcək tədbirdə xüsusi proqram təminatı istifadə edərək təsadüfi seçim yolu ilə müəyyənləşəcəkdir. Qaliblərin adları kütləvi informasiya vasitələrində eləcə də Hesab.az portalında elan ediləcəkdir.

Lotereya barədə daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. https://www.hesab.az/public/CampaignInfo.aspx?lang=az-Latn-Az

Hesab.az haqqında

170 mindən çox istifadəçisi olan Hesab.az, GoldenPay şirkətinə məxsus 70-dən çox təşkilata bank kartları vasitəsi ilə ödənişləri təqdim edən bir portaldır. Burada mobil və stasionar telefon operatorlarına, internet provayderlərə, televiziya, kommunal təşkilatlara, lizinq və banklara kreditlərinin ödənişi etmək mümkündür. Hesab.az portalında həm də onlayn sığorta xidmətləri və kinoteatrlara bilet belə almaq mümkündür. İstifadəçilərə "Şəxsi kabinet" yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir. Hesab.az portalı beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki infrastruktura malikdir. Hər ay 10 milyon manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsi ilə həyata keçirilir. Həmçinin, portalın iOS, Android və Windows platformalarında tətbiqləri də mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti