...

Azərbaycanda sərnişindaşıma tarifləri ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2015 15:31 (UTC +04:00)
2015-ci ilin may ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşıb.
Azərbaycanda sərnişindaşıma tarifləri ucuzlaşıb

Azərbaycan, Bakı, 9 iyun /Trend/

2015-ci ilin may ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,4 faiz bahalaşıb, digər xarici ölkələr üzrə 8,7 faiz ucuzlaşıb, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Ay ərzində dəmiryol nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 2,7 faiz ucuzlaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.

Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,3 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.

May ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,3 faiz bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti