...

Azərbaycanda sahibkarların kateqoriyalarını müəyyənləşdirmək üçün yeni meyarlar (CƏDVƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2015 19:40 (UTC +04:00)
Nazirlər Kabineti işçilərin sayına və illik gəlirə müvafiq olaraq sahibkarlıq subyektləri kateqoriyalarının müyyənləşdirilməsinin yeni meyarlarını təsdiq edib.
Azərbaycanda sahibkarların kateqoriyalarını müəyyənləşdirmək üçün yeni meyarlar (CƏDVƏL)

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir Azad Həsənli/

Nazirlər Kabineti işçilərin sayına və illik gəlirə müvafiq olaraq sahibkarlıq subyektləri kateqoriyalarının müyyənləşdirilməsinin yeni meyarlarını təsdiq edib.

Trend Kabinetə istinadən məlumat verir ki, sahibkarlıq subyektinin kateqoriyasını müəyyənləşdirmək məqsədilə 1 il üçün müəyyən edilmiş işçilərin sayı istifadə olunur.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün kateqoriyalar illik gəlir əsasında müəyyənləşdirilir.

Azərbaycanda iri, orta və kiçik sahibkarların təsnifat cədvəli:

Sahibkarlıq subyektlərinin meyarları

İşçilərin sayı

İllik gəlir (AZN)

Kiçik

25 nəfərədək

120 min manatadək

Orta

25 nəfərdən 125 nəfərədək

120 min manatdan 1.250 min manatadək

İri

125 nəfər və ondan yuxarı

1.250 min manat və ondan yuxarı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti