...

Dünya Bankı 2015-ci il üzrə Azərbaycanda iqtisadi artım proqnozuna yenidən baxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2015 14:36 (UTC +04:00)
Dünya Bankı (DB) 2015-ci il üzrə Azərbaycanda ÜDM artımını 1,5 faiz səviyyəsində proqnozlaşdırır.
Dünya Bankı 2015-ci il üzrə Azərbaycanda iqtisadi artım proqnozuna yenidən baxıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Dünya Bankı (DB) 2015-ci il üzrə Azərbaycanda ÜDM artımını 1,5 faiz səviyyəsində proqnozlaşdırır. Trend xəbər verir ki, bu barədə "Global Economic Prospects" bankının saytında yerləşdirilən iyun ayının hesabatında qeyd olunur.

Əvvəlki hesabatdakı məlumata görə, cari ildə Azərbaycanda ÜDM artımı 4,4 faiz səviyyəsində gözlənilirdi.

Yenilənmiş hesabatda isə deyilir ki, DB 2016-cı ildə Azərbaycanda ÜDM artımını 2,6 faiz, 2017-ci ildə isə 2,7 faiz səviyyəsində olacağını gözləyir.

Bankın qiymətləndirmələrinə görə, bununla yanaşı, Avropa və Mərkəzi Asiya ölkələrində (DB-nin Azərbaycanı da aid etdiyi) iqtisadi artım 2015-ci ildə 1,8 faiz, 2016-cı ildə 3,4 faiz, 2017-ci ildə 3,6 faiz təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti