Azərbaycan, Bakı, 30 iyun /Trend/
Dünyanın 140-dan çox istigamətlərində yeni imkanlar kəşf edin.
Trend-in məlumatına görə, "Qətər Hava Yolları" şirkəti bəyan edir ki, bu gündən etibarən 5 iyul 2015-ci il tarixinədək biletinizi almaqla, ekonom və biznes sinifli uçuşlarınızda dünyanın 140-dan çox istiqamətlərinə qənaət edin.
Təklif 01 Sentyabr ilə 10 Dekabr 2015 tarixləri arasında olan uçuşlar üçün etibarlıdır. Yerlər məhduddur, rezervasiyanızı indidən edin.
Ən qısa zamanda Qatar Airways təyyarələrinin göyərtəsində görüşmək ümidi ilə.
Şərt və məhdudiyyətlər şamil edilir.
Dünya üzrə bəzi istiqamətlərə bizim endirimli qiymətlərlə tanış olun |
|||
---|---|---|---|
Çıxış məntəqəsi |
İstiqamət |
Ekonom sinif (bütün vergilər daxil olmaqla) |
Biznes sinif |
Bakı |
Dubay |
332 AZN |
781 AZN |
Bakı |
Phuket |
576 AZN |
1594 AZN |
Bakı |
Banqkok |
617 AZN |
1751 AZN |
Bakı |
Dehli |
618 AZN |
1655 AZN |
Bakı |
Nyu York |
675 AZN |
1641 AZN |
Bakı |
Sinqapur |
780 AZN |
2625 AZN |
Bakı |
Cakarta |
808 AZN |
2203 AZN |
Bakı |
Kuala Lumpur |
816 AZN |
1990 AZN |
Bakı |
Denpasar Bali |
1477 AZN |
2735 AZN |
Yuxarıdakilardan başqa şərt və məhdudiyyətlər də şamil edilə bilər. Rezervasiyanı təsdiq etməkdən əvvəl şərtlərlə yaxından tanış olun.
Qeyd edək ki, "Qətər Hava Yolları" Qətər Dövlətinin milli hava yolları şirkətidir. Hazırda genişlənməkdə olan "Qətər Hava Yolları" dünyanın ən sürətlə böyüyüb artan hava yollarından biridir. "Qətər Hava yolları" 160 təyyarədən ibarət ən müasir təyyarə parkına malikdir və həmin təyyarələr vasitəsilə dünyanın 6 qitəsində 147 əsas biznes və turizm səciyyəli təyinat məntəqəsinə uçuşlar yerinə yetirir. "Qətər Hava Yolları" Oneworld qlobal alyansının iştirakçısıdır. Oneworld qlobal alyansı ildə bir dəfə keçirilən "Skytrax-2014" dünya hava nəqliyyatı mükafatları mərasimində ardıcıl olaraq ikinci dəfə ən yüksək mükafata - "Dünyanın ən yaxşı aviasiya alyansı" mükafatına layiq görülmüşdür. "Qətər Hava Yolları" Yaxın Şərqin hava nəqliyyatı şirkətləri içərisində birinci olaraq alyansa daxil olmuşdur, bununla da Qətər Hava Yolları öz sərnişinlərinə dünyanın 150-dən artıq ölkəsində olan və gündəlik 14,250 uçuş həyata keçirən minə yaxın aeroportda daha çox üstünlüklər vermişdir.
"Qətər Hava Yolları" şirkəti Oryx One göyərtəsindəki əyləncə sistemini bu yaxınlarda yeniləşdirdi, belə ki şirkət göyərtədə nümayiş etdirilən filmlər və TV şouların sayını 950-dən 2000 rəqəminə kimi artırdı. B787, A350, A380, A319 и A330 təyyarələrində uçan sərnişinlər göyərtədə olan Wifi və GSM xidmətlərinin köməyi ilə dünyanın müxtəlif guşələrində olan dostları və qohumları ilə əlaqə saxlamaq imkanı əldə etmişlər.