...

Komisyon haqlarının endirilməsi Bank VTB-nin (Azərbaycan) faiz dərəcələrinə təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2015 20:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Bank VTB (Azərbaycan) Azərbaycan Mərkəzi Bankının tövsiyələrinə əməl edərək bütün pərakəndə kredit məhsulları üzrə komisyon haqlarını endirib.

Bankdan Trend-ə verilən məlumata görə, belə ki, valyutadan asılı olmayaraq komissiya 1% təşkil edir. Eyni zamanda, komisyon haqlarının 1%-dək endirilməsi bankın faiz dərəcələrinə təsir etməyib - bankda faizlər dəyişilməyib.

Beləliklə, "Fiziki şəxslər üçün kredit" əvvəlki kimi manat və dollarla verilir. Bank 300 manatdan 11 000 manat (və ya 300-10 500 dollar) məbləğinə qədər kredit təklif edir. Krediti 6 aydan 36 aya qədər əldə etmək mümkündür. Kredit üzrə faiz dərəcəsi kreditin valyutasından asılı olaraq dəyişir: dollarla olan kreditlər üçün 28%, manatla olan kreditlər üçün 30%.

Bank VTB (Azərbaycan) müştərilərini düşünür və məhz buna görə də faiz dərəcələrini artırmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti