...

Azərbaycan bankı səhmlərin yerləşdirmə müddətini uzadıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2015 13:44 (UTC +04:00)
"NBC Bank" ASC adi, adlı, sənədsiz səhmlərinin yerləşdirmə müddətini 19 noyabr 2015-ci il müddətinədək uzadıb.
Azərbaycan bankı səhmlərin yerləşdirmə müddətini uzadıb

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Tural Hüseynzadə/

"NBC Bank" ASC adi, adlı, sənədsiz səhmlərinin yerləşdirmə müddətini 19 noyabr 2015-ci il müddətinədək uzadıb.

Bu barədə Trend Bakı Fond Birjasına istinadən məlumat verir.

Səhmlərin ümumi həcmi 5 milyon manatı üstələyir, emissiya çərçivəsində hər birinin nominal dəyəri 243,6 manat olan 20 535 səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir. Emissiyanın yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 46,536 milyon manatdan 51,54 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti