...

Bakıda PAŞA Bankın sponsorluğu ilə AMCHAM pikniki təşkil olundu

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2015 11:04 (UTC +04:00)
Bakıda PAŞA Bankın sponsorluğu ilə AMCHAM pikniki təşkil olundu.
Bakıda PAŞA Bankın sponsorluğu ilə AMCHAM pikniki təşkil olundu

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Bakıda PAŞA Bankın sponsorluğu ilə AMCHAM pikniki təşkil olundu.

İyulun 11-də Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham) tərəfindən Bakıda müxtəlif biznes seqmentlərinin nümayəndələrinin qeyri-rəsmi şəraitdə bir araya gəldiyi ənənəvi piknik keçirilib. Tədbirin əsas sponsoru Azərbaycanın iri banklarından biri PAŞA Bank olub.

Bankdan Trend-ə verilən məlumata görə, tədbirin rəsmi hissəsində qonaqların qarşısında Ticarət palatasının, PAŞA Bankın, həmçinin ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri çıxış ediblər. PAŞA Bankın Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasova öz salamlama çıxışında qeyd edib ki, Bank artıq neçə illərdir ki, Ticarət palatasının üzvüdür və bu tədbirin baş sponsorudur.

"PAŞA Bank yerli sahibkarlığa, o cümlədən kiçik və orta biznesin dəstəklənməsinə böyük diqqət ayırır. Onu da vurğulamaq lazımdır ki, bu cür tədbirlərin keçirilməsi qeyri-rəsmi şəraitdə iş adamları arasında yeni işgüzar əlaqələrin inkişafını və "körpünün yaradılmasını" təmin edən amillərdən biridir" - deyə Sona Abbasova bildirib.

Qeyd edək ki, AmCham-ın keçirdiyi bu tədbir sayca 20-ci yubiley tədbiri olub. Ümumilikdə bu tədbirdə 1000 nəfər qonaq iştirak edib.

Bank haqqında:

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

www.pashabank.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti