...

Dövlət Departamenti: ABŞ-ın Azərbaycana sərmayələrinin azalmasında siyasi kontekst yoxdur (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2015 14:18 (UTC +04:00)
"ABŞ-ın Azərbaycana sərmayələrinin azalması statistikasında siyasi kontekst yoxdur".
Dövlət Departamenti: ABŞ-ın Azərbaycana sərmayələrinin azalmasında siyasi kontekst yoxdur (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Anaxanım Hidayətova/

"ABŞ-ın Azərbaycana sərmayələrinin azalması statistikasında siyasi kontekst yoxdur".

Trend-in məlumatına əsasən, bunu Bakıda jurnalistlərə ABŞ dövlət katibinin köməkçisinin müavini Riçard Hoqland deyib.

Onun sözlərinə görə, ABŞ şirkətləri özəldir: "Bizdə dövlətin idarə etdiyi şirkət yoxdur. Şirkətlərimiz iqtisadi cəhətdən sərfəli olan yerə sərmayə qoyur. Ötən il böyük həcmdə sərmayələr yatırmışıq. Ölkələrimiz arasında münasibətlər və sərmayələr üçün şərait yaxşılaşdıqca sərmayələr də artacaq".

Son vaxtlar Azərbaycan və ABŞ arasında əlaqələrin soyumasına münasibət bildirən R.Hoqland qeyd edib: "Diplomatiya və beynəlxalq əlaqələr ailədəki münasibətlərə bənzəyir - hərdən hər şey yaxşı və rahat gedir, hərdən isə problemlər yaranır".

O, əlavə edib ki, əhəmiyyətli olan tərəflərin bir-birinə etibar etməsi və hörmətlə yanaşması, həmçinin bu problemlər üzərində işləməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti