...

Ağdamda məcburi köçkün sahibkarların investisiya layihələrinin qəbuluna start verilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2015 15:49 (UTC +04:00)
Ağdam rayonunda məcburi köçkün sahibkarların investisiya layihələrinin qəbuluna başlayır.
Ağdamda məcburi köçkün sahibkarların investisiya layihələrinin qəbuluna start verilir

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Ağdam rayonunda məcburi köçkün sahibkarların investisiya layihələrinin qəbuluna başlayır. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir.

Bildirilir ki, İSN-nin Sahibkarlığa Kömək Milli Fondu Ağdam rayonunda məcburi köçkün sahibkarlardan prioritet hesab olunan aşağıdakı sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

İSN-nin Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il avqustun 13-də Ağdam rayonunun Quzanlı qəsəbəsində məcburi köçkünlərlə "Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri"nə dair işgüzar forum keçirib. Məcburi köçkünlərdən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- südlük istiqamətli heyvandarlıq təsərrüfatlarının yaradılması;
- intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması;
- çörək istehsalı, meyvə və süd emalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən məcburi köçkünlər investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti