...

Gələn həftə Kiyevdə Davos Kommunikasiya Forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2015 14:34 (UTC +04:00)
Sentyabrın 4-də “AGAMA communications group” və GROU agentliyinin birgə təşkilatçılığı ilə Kiyevdə Davos Kommunikasiya Forumu (“WCFDavos Kyiv 2015”) keçiriləcək.
Gələn həftə Kiyevdə Davos Kommunikasiya Forumu keçiriləcək

Gələn həftə Kiyevdə Davos Kommunikasiya Forumu keçiriləcək

Sentyabrın 4-də "AGAMA communications group" və GROU agentliyinin birgə təşkilatçılığı ilə Kiyevdə Davos Kommunikasiya Forumu ("WCFDavos Kyiv 2015") keçiriləcək.

"WCFDavos Kyiv" forumun ikinci illik iclasının "Yeni kommunikasiyalar: ölkə, biznes, mətbuat və cəmiyyət" mövzusu çərçivəsində tədbir iştirakçıları növbəti məsələləri müzakirə edəcək: "Kommunikasiyalar ölkə hökuməti, dövlət, biznes dairələri, həmçinin müxtəlif cəmiyyət qrupları arasında qarşılıqlı anlaşmanı necə inkişaf etdirir?"; "Məhsuldar dialoq üçün əsas element nədir?"; "Texnoloji inkişaf, sosial və digər müasir dəyişikliklər kommunikasiyaya necə təsir edir?".

Kiyevdə keçiriləcək "WCFDavos" Forumu kommunikasiyaları ölkə, cəmiyyət və şirkətin inkişafında strateji investisiya kimi görən hər kəsi sözügedən tədbirə dəvət edir. Dövlət institutları, biznes-şirkətlər, QHT və media rəhbərləri, həmçinin kommunikasiyalar sahəsinin peşəkarları bu sahədə qlobal ideyalar və çağırışları müzakirə etmək üçün Ukrayna və digər xarici ekspertlərlə görüşəcəklər.

"WCFDavos Kyiv" Forumunda adları qeyd olunmuş natiqlər təcrübələri və fikirləri ilə bölüşəcəklər:

Dr. Gerlind Niehus, İctimai diplomatiya bölməsində kommunikasiyalar üzrə rəhbər, NATO;
Maykl A. Qodeker, kibertəhlükəsizlik üzrə ekspert, "Auxilium Cyber Security" şirkətinin təsisçisi və icraçı direktoru;
Cianni Katalfamo, "Digital & Social Media Leadership boutique cc: catalfamo" şirkətinin rəhbəri (İtaliya);
Dmitro Şimkiv, Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini;
Andrey Pavelko, Ukrayna Ali Radasının büdcə komitəsinin sədri;
Eliav Belotserkovskiy, İsrailin Ukraynadakı səfiri;
Dmitriy Kuleba, Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri;
Anna Hopko, Ukraynanın xarici işlər üzrə parlament komitəsinin sədri;
Georgiy Baramidze, Gürcüstan parlamentinin vitse-spikeri;
Tomas Frellesen, Avropa İttifaqının Ukraynadakı nümayəndə heyətinin sədr müavini;
Maykl Karney, "FleishmanHillard" şirkətinin vitse-prezidenti və partnyoru;
Mariya Barabaş, Ukraynanın təşviqi proqramının layihə meneceri, Ukrayna Milli İslahatlar Şurası;
Yarina Klyuçkovska, "GROU" agentliyinin direktoru;
Tatyana Vasilenko, "AGAMA communications" şirkətinin icraçı katibi;
Mariya Fronoşyuk, Platfor.ma (Ukrayna);
Anna Derevyanko, Avropa Biznes Assosiasiyasının icraçı direktoru;
Alla Savçenko, "BDO LLC"nin prezidenti və baş partnyoru;
Yeva Sneyders, "Ogilvy Public Relations" şirkətinin Madrid nümayəndəliyinin baş direktoru və baş sözçüsü;
Tatyana Furtseva, "WE Partners" (Ukrayna) şirkətinin ölkə meneceri və aparıcı partnyoru;
Timur Xromayev, Ukraynanın Qiymətli Kağızlar və Səhm Bazarı Dövlət Komissiyasının sədri;
Tatyana Puşnova, "Ukraine Today"in baş prodüseri;
İvetta Delikatnaya, Ukraynanın İnformasiya Siyasəti nazirinin müşaviri;
Natalya Liqaçeva, "Telekritika" layihəsinin rəhbəri;
Natalya Zabolotna, "Mistetskiy Arsenal" Milli İncəsənət və Mədəniyyət Muzey Kompleksinin direktoru
Yevgeniy Qlibovitskiy, "pro.mova"nın partnyoru, media-ekspert;
İqor Qayday, fotoqraf, "Ukraynalılar. Üçüncü minilliyin başlanğıcı" foto-kitabının müəllifi;
Nikolay Kobzov, "Circus Kobza"nın təsisçisi və icraçı direktoru, Ukraynanın əməkdar mədəniyyət işçisi;
Denis İvanov, "Arthouse Traffic" şirkətinin direktoru;
Denis Kazvan, Viktor Pinçuk fondunun kommunikasiyalar üzrə direktoru və digər dövlət rəsmiləri, şirkət rəhbərləri, ictimai xadimlər.

Forumun gündəliyi 5 əsas sessiyadan ibarətdir:

Geosiyasətdə qlobal dialoq. İctimai siyasət.
Hökumət və biznes: kommunikasiyalarda sabit əməkdaşlıq.
İnnovasiyalar və kommunikasiyalar: məhsuldar əməkdaşlıq.
Polyarlaşmış cəmiyyətdə mətbuat: problemin bir hissəsi və yaxud onun həlli? Mədəni diplomatiya - həmrəyliyin üsulu.

Forumun plenar sessiyalarında və panel müzakirələrində iştirak haqqı: standart qiymət - 140 avro.

Xüsusi güzəştlər:

İkinci alınan biletə - 5% endirim
UAPR, EBA, IAMI və ACC üzvləri üçün - 10% endirim

Rəsmi tərəfdaşlar:

"AGAMA communications", "Ekonomika Communication Hub", "Focus" jurnalı, "Platfor.ma", "LIGABiznesInform", Avropa Biznes Birliyi, Amerika Ticarət Palatası, Kiyev-Mogilyan Biznes Məktəbi, Ukrayna İctimaiyyətlə Əlaqələr Birliyi, Beynəlxalq Marketinq Təşəbbüsləri Birliyi, "RED Communications" PR Agentliyi (Azərbaycan), "PR Institute" konsaltinq şirkəti (Belarus), "PG Communications Kazakhstan/Press Club" (Qazaxıstan), "Communication and consultants" ictimaiyyətlə əlaqələr üzrə müstəqil agentliyi (Litva) və s.

Ətraflı məlumat üçün əlaqəli şəxs:

Anastasiya Lukaşeviç, "WCFDavos Kyiv 2015" forumunun meneceri
Tel.: +38 067 447 41 05, e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti