Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir Ənvər Məmmədov/
"PAŞA Bank" ASC-nin İdarə Heyətində yenidən dəyişiklik baş verib. Xəyalə Nağıyeva bankın idarə heyətinə yeni üzv seçilib.
Bankdan Trend-ə verilən xəbərə görə X.Nağıyevaya həmçinin bankın baş maliyyə inzibatçısı vəzifəsi də həvalə olunub. Bu təyinata kimi o, Risk və Anderraytinq departamentində çalışıb.
Hazırda bankın idarə heyəti 5 nəfərdən ibarətdir.