...

Azərbaycan nəzarət-buraxılış məntəqələrində yüklərin yoxlanılması prosedurunu sadələşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2015 14:19 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) nəzarət-buraxılış məntəqələrində yük qatarlarının yoxlanılması prosedurunun sadələşdirilməsi üzrə iş aparır.
Azərbaycan nəzarət-buraxılış məntəqələrində yüklərin yoxlanılması prosedurunu sadələşdirir

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/

Dövlət Gömrük Komitəsi (DGK) nəzarət-buraxılış məntəqələrində yük qatarlarının yoxlanılması prosedurunun sadələşdirilməsi üzrə iş aparır.

Trend-in məlumatına görə, bunu bu gün DGK-nin sədri Aydın Əliyev Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) PICARD X Beynəlxalq İllik Konfransının ("Gömrük sahəsində akademik tədqiqatlar və inkişaf üzrə tərəfdaşlıq proqramı") konfransı çərçivəsində jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycanın nəzarət-buraxılış məntəqələrində iriqabaritli yük avtomobillərinin skan edilməsi üçün artıq 8 ədəd avadanlıq quraşdırılıb: "Hazırda "Böyük Kəsik" və "Yalama" nəzarət-buraxılış məntəqələrində yük vaqonlarının yoxlanılması üçün analoji aparatların quraşdırılması davam edir. İşlər başa çatmaq üzrədir və yaxın gələcəkdə bu aparatlar istismara veriləcək. Bununla da yüklərin daşındığı əsas nəzarət-buraxılış məntəqələrində yoxlamanı sürətləndirəcəyik".

A.Əliyev qeyd edib ki, DGK gömrüyün digər vəzifələrini unutmayaraq nəzarət-buraxılış məntəqələrində yoxlama prosedurunu sürətləndirmək üçün bütün mümkün hər şeyi edir: "Gömrük təkcə ticarət əməliyyatlarını yüngülləşdirməli və sürətləndirməyi deyil, həm də dövlətin iqtisadi təhlükəsizliyini təmin etməlidir. Dünya iqtisadiyyatında indiki vəziyyəti və qaçaqmalçılğın artmasını nəzərə alsaq, gömrük orqanlarının bu ikinci funksiyası daha da vacib olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti