...

Azərbaycan sənaye portalı istifadəyə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2015 15:28 (UTC +04:00)
Azərbaycan sənayesi, bu sahədə görülən işlər və həyata keçirilən layihələr barədə ictimaiyyətin daha geniş məlumatlandırılması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən www.senaye.gov.az portalı istifadəyə verilib.
Azərbaycan sənaye portalı istifadəyə verilib

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Azərbaycan sənayesi, bu sahədə görülən işlər və həyata keçirilən layihələr barədə ictimaiyyətin daha geniş məlumatlandırılması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən www.senaye.gov.az portalı istifadəyə verilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, portalda Azərbaycanda uğurla həyata keçirilən sənayeləşmə siyasəti, bu sahə ilə bağlı qanunvericilik, sənayenin inkişaf tarixi, icrası başa çatmış və hazırda həyata keçirilən layihələr, sənaye parkları və sənaye məhəllələri, sənayenin müxtəlif sahələri üzrə araşdırmalar, ölkə sənayesi ilə bağlı maraqlı faktlar və digər məlumatlar yerləşdirilib. Portalda yerləşdirilmiş sənaye sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin kataloqunda bu müəssisələrin məhsulları, ixrac ölkələri və s. barədə məlumatlar verilir.

Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən portala "CV bank" bölməsi də inteqrasiya edilib. Bu bölmədə iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən sənaye sahəsi üzrə ixtisaslı kadrlara dair məlumatlar yerləşdirilib ki, sənaye müəssisələri bu bazadan istifadə etməklə ehtiyacı olan kadrlarla əlaqə yarada bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti