...

Azərbaycan və Belarus beynəlxalq avtomobil daşımaları üzrə əməkdaşlığı gücləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2015 17:01 (UTC +04:00)
Bu gün Nəqliyyat Nazirliyində beynəlxalq avtomobil daşımaları üzrə Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası keçirilib.
Azərbaycan və Belarus beynəlxalq avtomobil daşımaları üzrə əməkdaşlığı gücləndirir

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bu gün Nəqliyyat Nazirliyində beynəlxalq avtomobil daşımaları üzrə Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Nəqliyyat Nazirliyindən Trend-ə bildiriblər ki, iclasda Belarusun Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil və Şəhər Sərnişin Nəqliyyatı İdarəsinin rəisi Sergey Dubinanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

İclası giriş sözü ilə açan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi, nümayəndə heyətinin rəhbəri Elnur Abdullayev iki ölkə arasında beynəlxalq avtomobil daşımalarının əhəmiyyəti və qarşılıqlı tərəfdaşlığın inkişafından danışıb. Daha sonra beynəlxalq avtomobil əlaqələrinin vəziyyəti, perspektivlər və onun inkişafı, yükdaşıma sahəsində icazə vərəqələrinin istifadəsi, 2016-cı ildə beynəlxalq avtomobil daşımalarına icazələrin mübadiləsi və digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, sentyabrın 17-də Bakıda beynəlxalq avtomobil daşımaları üzrə Azərbaycan-Belarus Qarışıq Komissiyasının protokolu imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti