...

Azərbaycan beynəlxalq sularda donanmasını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2015 17:40 (UTC +04:00)
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin növbəti quru yük gəmisi - “Maestro Niyazi” Qara dəniz - Aralıq dənizi hövzəsinə yola salınıb.
Azərbaycan beynəlxalq sularda donanmasını genişləndirir

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir Maksim Tsurkov/

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin növbəti quru yük gəmisi - "Maestro Niyazi" Qara dəniz - Aralıq dənizi hövzəsinə yola salınıb.

Trend-in QSC-yə istinadən verdiyi məlumata görə, teploxod Volqa-Don kanalı ilə Rusiyanın daxili sularından keçərək Rostov limanında lövbərə dayanacaq. Müvafiq sənədləşmə aparıldıqdan sonra gəmi ilk səfərinə çıxacaq. Bununla da QSC-nin beynəlxalq sularda üzən gəmilərinin sayı 5-ə çatacaq.

Xatırladaq ki, keçən ay "Qaradağ" və "Teymur Əhmədov" quru yük gəmiləri Qara dəniz - Aralıq dənizi hövzəsinə yola salınmışdı. "Natəvan" və "Üzeyir Hacıbəyli" gəmiləri isə ötən ilin sonundan həmin hövzədə istismar edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti