...

Şəkidə 13 rayonun işəgötürənləri ilə görüş keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2015 16:35 (UTC +04:00)
“Təhlükəsiz iş aylığı” çərçivəsində növbəti Şəki rayonunda 13 rayonun işəgötürənləri ilə görüş keçirilib
Şəkidə 13 rayonun işəgötürənləri ilə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) "Təhlükəsiz iş aylığı" çərçivəsində növbəti "Açıq qapı" günü-vətəndaş forumunu Şəki rayonunda təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, gorumda ƏƏSMN-in 8, 13, 18 və 19 saylı regionlar üzrə Dövlət Əmək müfəttişliklərinin nümayəndələri və həmin müfəttişliklərin əhatə etdiyi ümumilikdə 13 rayon və şəhərin (Yevlax, Mingəçevir, Goranboy, Naftalan, İsmayıllı, Qobustan, Şamaxı, Qax, Zaqatala, Balakən, Şəki, Qəbələ, Oğuz) işəgötürənləri iştirak ediblər.

Forumda DƏMX-nin mütəxəssisləri tərəfindən işəgötürənlər əməyin mühafizəsi, bu sahədə tənzimləyici normativ-hüquqi aktlar, istehsal qəzası riski yüksək olan müəssisələrdə, habelə avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrində belə qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər barədə ətraflı məlumatlandırılıb. Son illərdə ölkəmizdə əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsi tələblərinə dövlət nəzarətinin gücləndirilməsi, işəgötürənlərin məlumatlandırılması istiqamətində görülən işlərdən də bəhs olunub. Bildirilib ki, bütün bu işlərdə əsas məqsəd işəgötürənlərdə işçi insanların əməyinin mühafizəsi ilə bağlı məsuliyyət hissinin artırılması, hər bir işçinin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin olunması, bu sahədə hələ də mövcud olan nöqsanların aradan qaldırılmasıdır.

Bununla yanaşı, DƏMX tərəfindən ötən ilin noyabr ayından ölkədə ilk dəfə olaraq əməyin mühafizəsi üzrə tədris kurslarının təşkil edilməsinə başlanılıb. Əməyin təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssislərin öz fəaliyyət sahələri üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edən bu kurslara indiyədək müxtəlif müəssisələr üzrə 625 nəfər mütəxəssis cəlb edilib. Kursları bitirdikdən sonra onlara müvafiq sertifikatlar verilib.

Forum zamanı işəgötürənlərin iş yerlərində əməyin mühafizəsinin təşkili ilə bağlı sualları da ətraflı cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti