...

Nazir: Azərbaycanın turizm rəqabəti dünyanın 141 ölkəsi arasında 36-cı yerdədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2015 12:49 (UTC +04:00)
Azərbaycanda bu il gediş turizminin həcmi ötən illə müqayisədə 5-7 faiz azalıb, gəlmə turizmin həcmi isə 5-6 faiz azalıb.
Nazir: Azərbaycanın turizm rəqabəti dünyanın 141 ölkəsi arasında 36-cı yerdədir

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda bu il gediş turizminin həcmi ötən illə müqayisədə 5-7 faiz azalıb, gəlmə turizmin həcmi isə 5-6 faiz azalıb.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.

Ə.Qarayev bildirib ki, bu azalmalar Rusiya, Gürcüstan, İranda baş verən proseslərlə bağlıdır: "Bu ölkələrdən gələnlərin sayı azalmaqdadır. Amma Avropa, Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı artmaqdadır. Bu da müsbət tendensiyadır".

Azərbaycanın turizm məkanında özünün layiqli yerini tapacağına əminliyini bildirən Ə.Qarayev bildirib ki, Dünya İqtisadi Forumunun son göstəricilərinə görə, Azərbaycanın turizm rəqabəti dünyanın 141 ölkəsi arasında 36-cı yerdədir: "Bu o deməkdir ki, bu gün dünyanın inkişaf edən bazarında Azırbaycanın tutduğu mövqe, onun iqtisadi mexanizmləri dünyada tanınır və qəbul olunur. Bu, çox lazımlı və ciddi göstəricidir".

Ə.Qarayev onu da əlavə edib ii, bu il Azərbaycanda 36 min nəfər elektron viza alaraq ölkəyə rahat şəkildə daxil ola bilib: "Azərbaycanda viza rejimi artıq çox sərbəstləşib. Turizm məqsədilə elektron viza almaq mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti