Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Maksim Tsurkov/
Rusiyanın "Ural Hava Yolları" aviaşirkəti Sankt-Peterburq və Lənkəran arasında birbaşa reysin açıldığını elan edib.
Trend-in aviaşirkətin saytına istinadən verdiyi məlumata əsasən, reysə biletləri aviakassalar və şirkətin saytından artıq almaq olar.
Məlumatda deyilir: "Reysin reallaşdırılması oktyabrın 29-dan başlayacaq. Bu istiqamət üzrə uçuşlar cümə axşamları həyata keçiriləcək. Marşrutlara "biznes" və "ekonom" sinifli salonlarla təchiz edilmiş "Airbus" Avropa konserninin təyyarələri tərəfindən xidmət göstəriləcək".