Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Anaxanım Hidayətova/
Azərbaycan regionda Avropa İttifaqının (Aİ) vacib ticari tərəfdaşı ola bilər. Bunu Trend-ə Aİ-nin Brüsseldəki ofisindən bildiriblər.
Ofisdən deyiblər ki, Aİ artıq hazırda Azərbaycanın əsas ticari tərəfdaşı və sərmayədarıdır: "Azərbaycan və Aİ-nin ticari əlaqələri ticarət sahəsində əməkdaşlıq səviyyəsinədək çata bilər. Bunun üçün tərəflər ticari əməkdaşlığın inkişafına daha sıx kömək etməlidirlər".
Aİ-nin ofisindən bildiriblər ki, Azərbaycanın xarici sərmayələr üçün daha əlverişli şəraitin yaratması, ölkə qanunvericiliyi normalarını beynəlxalq standartlara yaxınlaşdırması Bakı və Brüssel arasında ticarət əlaqələrinin dəstəklənməsi işində səmərəli alət ola bilər: "Avropa infrastrukturun, aqrobiznesin, istehsal və xidmət sahələrinin inkişafında mövcud perspektivləri nəzərə alaraq, bundan sonra da Azərbaycanla ticari əməkdaşlığı dəstəkləməyə və genişləndirməyə hazırdır".