...

İcbari Sığorta Bürosu Yaşıl Kart sisteminin regional iclasında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2015 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

8-9 oktyabr tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Yaşıl Kart sisteminə üzv olan ölkələrin Cənub-Şərq Qrupunun 19-cu regional iclası keçirilib. İcbari Sığorta Bürosu ilk dəfə olaraq regional iclasda qonaq qismində iştirak edib.

Bürodan Trend-ə verilən məlumata görə, görüşdə İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quluyev Azərbaycanın Yaşıl Kart sistemində iştirakı və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası bazarındakı cari vəziyyəti ilə bağlı təqdimatla çıxış edib.

Qeyd edək ki, Yaşıl Kart sisteminin Cənub-Şərq Qrupuna 12 ölkə daxildir. Bunlara Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Kipr, Makedoniya, Yunanıstan, İran, İsrail, Moldova, Rumıniya, Serbiya və Türkiyə aiddir. İcbari Sığorta Bürosu Yaşıl Kart sisteminin maliyyə tələblərini təmin etdikdən sonra 1 yanvar 2016-cı il tarixindən Azərbaycan Cənub-Şərq Qrupuna daxil olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti