...

"Expressbank" müştəriləri 100 dollar qazana biləcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2015 11:30 (UTC +04:00)
"Expressbank" Western Union təcili pul köçürmə sistemi ilə birgə “Western Union ilə daha varlı“ adlı aksiya keçirir.
"Expressbank" müştəriləri 100 dollar qazana biləcəklər

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

"Expressbank" Western Union təcili pul köçürmə sistemi ilə birgə "Western Union ilə daha varlı" adlı aksiya keçirir. Bankdan Trend-ə verilən məlumata görə, aksiya 31 dekabr 2015-ci il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə "Expressbank" filiallarında bu sistemlə pul göndərən və ya alanlar 100 ABŞ dolları qazana biləcəklər. Aksiyada iştirak etmək istəyənlər www.facebook.com/MoneyTransferAzerbaijan səhifəsində olan aplikasiya ("Использовать приложения" düyməsi) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Hər növbəti ayın 5-də püşkatma yolu ilə qaliblər müəyyən olunacaq. Aksiya müddətində 120 hədiyyənin təqdim edilməsi nəzərdə tutulub. Aksiya barədə ətraflı məlumat üçün - http://mta.gpi-company.com/az/regulation.html .

Qeyd edək ki, pul köçürmə xidmətlərini "Expressbank"ın filiallarında həyata keçirmək mümkündür. Bank Western Union, Zolotaya Korona, Contact, Lider, Caspian Money Transfer və Monex sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti