Azərbaycan, Bakı, 21 oktyabr /Trend/
İqtisadiyyat və sənaye naziri Masallıda vətəndaşları qəbul edəcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 23-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Masallıda Cəlilabad, Yardımlı, Masallı, Lerik, Lənkəran və Astara rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Masallı şəhəri, Qarabağ küçəsi) təşkil olunacaq.
Qəbula gəlmək istəyənlər İqtisadiyyat və Sənaye Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Lənkəran regional bölməsi (Ünvan: Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 3, əlaqələndirici şəxs Çingiz Məmmədov, əlaqə telefonu: (02525) 5-10-71, (050) 235-01-07, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və "Facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.