...

Vergilər Nazirliyinə müraciətlərdən yarıdan çoxu müsbət həll olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2015 20:06 (UTC +04:00)
2015-ci ilin noyabr ayı ərzində vergi orqanlarına 8 933 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5% çoxdur.
Vergilər Nazirliyinə müraciətlərdən yarıdan çoxu müsbət həll olunub

Bakı. Trend:

2015-ci ilin noyabr ayı ərzində vergi orqanlarına 8 933 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5% çoxdur.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, daxil olmuş müraciətlərdən 95,5%-i ərizə, 4,3%-i şikayət, 0,2%-i təklifdir.

Müraciətlərin 34,3%-i müxtəlif arayışların alınması, 33,9%-i kameral vergi yoxlamaları, 7%-i vergi borcları, 2,6%-i səyyar vergi yoxlamaları, 1,7%-i operativ vergi nəzarəti tədbirləri, 0,6%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,5%-i korrupsiya hüquqpozmaları, qalanları isə digər məsələlərlə bağlı olub.

Müraciətlərdən 61,3%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 298 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafikinə əsasən, 27 noyabr 2015-ci il tarixdə vergilər naziri Fazil Məmmədov tərəfindən Biləsuvar rayonunda vətəndaşların qəbulu keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti