Bakı. Maksim Tsurkov - Trend:
İran Azərbaycan və Gürcüstan ərazisi ilə Ukraynadan taxıl idxal etmək, əvəzində isə neft məhsulları göndərmək niyyətindədir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
C.Qurbanovun sözlərinə görə, İran tərəfi çatışmayan iki kilometr uzunluğunda dəmir yolu hissəsinin Xəzərdəki Əmirabad limanınadək tikintisini öz üzərinə götürüb:
"Biz İran və Gürcüstan tərəfləri ilə birlikdə iki standartlı (1520 və 1435 metr) dəmir yolunun tikintisi üçün səyləri koordinasiya etmək qərarına gəldik ki, bu da bizə yükdaşımaları Əmirabad limanından Bakı Beynəlxalq Limanına təkcə dənizlə deyil, həm də dəmir yolu ilə həyata keçirməyə imkan verəcək".