...

Gəlirlərimiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2016 15:57 (UTC +04:00)

Bakı. Trend:

2015-ci ildə Azərbaycan əhalisinin gəlirləri əvvəlki illə müqayisədə nominal ifadədə 5,7 faiz artaraq 41,7 milyard manata çatıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 4380,1 manat və ya ayda 365,0 manat təşkil edərək 4,5 faiz artıb.

Bu dövrdə gəlirlərin 72,1 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 15,9 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 37,9 milyard manat və ya əvvəlki ilin eyni dövründəkindən 5,6 faiz çox vəsait qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti