...

Elman Rüstəmov: Azərbaycanın bank sektoru sabitdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2016 14:14 (UTC +04:00)
Azərbaycanda bank sektoru sabitdir və ümumilikdə yüksək göstəriciləriilə xarakterizə edilir.
Elman Rüstəmov: Azərbaycanın bank sektoru sabitdir

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanda bank sektoru sabitdir və ümumilikdə yüksək göstəriciləriilə xarakterizə edilir. Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, hazırkı mərhələdə Azərbaycan dünya iqtisadiyyatında baş verənlərlə əlaqədar yaranmış şokları neytrallaşdırmalıdır.

Onun sözlərinə görə, ümumilikdə Azərbaycanın bank sektoru sabitdir: "Zəif göstəriciləri olan bir-iki bankı çıxmaq şərtilə, kapitalın səviyyəsi və likvidlik yüksəkdir. Banklarda likvidliyin səviyyəsi təxminən 5 milyard manatdır. Hazırda Azərbaycanda kapitalın adekvatlığı 14 faiz təşkil edir ki, bu da 8 faizlik beynəlxalq normadan yuxarıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti