...

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı azad iqtisadi zona ola bilər (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2016 17:35 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı azad iqtisadi zona ola bilər ki, bu da ilk bir neçə il ərzində 1 milyard dollaradək xarici investisiya cəlb etməyə imkan verəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə limanın baş direktoru Taleh Ziyadov deyib.

T. Ziyadov qeyd edib: "Niyyətimiz yeni Bakı limanı ətrafında təkcə tranzit deyil, həm də iqtisadi canlanma yaratmaqdan ibarətdir. Buna görə də Ələt limanı ətrafında Honq Konqda, Cəbəl-Əlidə olduğu kimi, azad iqtisadi zona yaratmaq təklifi var. Bu da, öz növbəsində, qeyri-neft sektorunun inkişafına təkan verəcək".

O, əlavə edib ki, bu təklif hələ layihə mərhələsindədir: "İşin bir hissəsi artıq görülüb. Azad iqtisadi zonanın ilkin konseptual planı hazırlanıb. Limanda təkcə yüklərin boşaldılması üçün deyil, həm də onların qablaşdırılması və saxlanılması üçün şərait yaradılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti