Təfərrüratlar əlavə olunub (ilk xəbər saat 11:26-da yayımlanıb)
Bakı. Ənvər Məmmədov - Trend:
Aİ-nin elektron kənd təsərrüfatının yaradılması layihəsinə ayrılan texniki yardımı 1,4 milyon avro təşkil edəcək.
Trend-in məlumatına görə, bunu bu gün Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov bu layihənin reallaşdırılmasına həsr edilmiş seminarda deyib.
Onun sözlərinə görə, texniki yardımın birinci mərhələsi çərçivəsində işlər artıq başlayıb: "İşlərin aparılması üçün podratçıların müəyyənləşdirilməsi üzrə artıq tender keçirilib. Tenderin qalibi Macarıstan, Niderland, Litva, İtaliya və Azərbaycandan olan 6 şirkətdən ibarət konsorsium olub".