Təfərüratlar əlavə olunub (ilk xəbər saat 11:19-də yayımlanıb)
Bakı. Anaxanım Hidayətova - Trend:
Avropa İttifaqı (Aİ) böyük bazardır və Avropa öz bazarında Azərbaycan məhsullarını görməyə şad olardı. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib.
O bildirib: "Biz ərzaq təhlükəsizliyi sahəsində Azərbaycanla işləyirik. Avropada ərzaq təhlükəsizliyi məsələsi çox vacibdir".
M.Mard qeyd edib ki, Azərbaycan və Aİ strateji əməkdaşlıq haqqında yeni saziş üzərində işləməyə davam edir: "Ötən ilin dekabrında Aİ nümayəndə heyətinin Bakıya səfəri olub və aparılmış görüşlər çərçivəsində yeni sazişin detalları müzakirə olunub".