...

Sərnişin qatarlarına biletlərin yeni online satış sistemi istifadəyə verildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2016 10:57 (UTC +04:00)
Son illər ərzində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sərnişinlərə göstərilən xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir.
Sərnişin qatarlarına biletlərin yeni online satış sistemi istifadəyə verildi

Bakı. Trend:

Son illər ərzində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sərnişinlərə göstərilən xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, bunlardan biri də bilet kassalarında avtomatlaşdırılmış bilet satışı sisteminin tətbiq edilməsidir. Bu işlər vətəndaşların sərnişin qatarlarına bilet almaq imkanlarını yaxşılaşdırmaq, onlara göstərilən mədəni xidmət səviyyəsini yüksəltmək və dəmir yolunda avtomatlaşdırılmış bilet satışı sisteminin tətbiqinin daha da gücləndirilmək məqsədi daşıyır.

29 yanvar 2016-cı ildə ölkə daxilində və ölkədən kənara hərəkət edən sərnişin qatarlarına gediş biletlərinin İnternet şəbəkəsi vasitəsilə yeni online satiş sistemi istifadəyə verildi. Bu sistemlə sərnişin kassasına yaxınlaşmadan, www.ady.az saytının "Online bilet" bölməsinə daxil olmaqla, Online rejimi ilə istənilən qatara gediş sənədi (bilet) almaq üçün sifariş edib, plastik kart vasitəsilə gediş dəyərini ödəyəcəkdir.

Online rejimi ilə gediş sənədi (bilet) üçün sifarişlər qatarın hərəkətə başlamasına 3 saat qalanadək aparılacaqdır. Qeyd olunanları nəzərə alaraq, anlaşılmazlıq olmasın deyə www.ady.az internet saytında sifarişlərin sənədləşməsi və gediş sənədlərinin alınması qaydaları ilə tanış olmaq və vaxtında sifarişi biletlə əvəzləndirmək lazımdır.

Bu rejimdə qatar, gediş tarixi, təyinat stansiyası barədə məlumatların daxil edilməsinə istifadəçi məsuliyyət daşıyır.

Vətəndaş qatarın yola düşməsinə 1 saat qalanadək sifarişini və ya şəxsiyyətini təsdiq edən sənədi bilet kassasına təqdim etməklə gediş üçün bilet alacaqdır.

Qatarlara minik gediş sənədi (bilet) və gediş sənədində (biletdə) qeyd edilən məlumatları təsdiq edən sənəd, yəni şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti