...

ABŞ səfiri İmişli Şəkər Zavodunda olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2016 12:27 (UTC +04:00)
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta İmişli rayonuna səfəri çərçivəsində regionun ən böyük şəkər istehsalat müəssisəsi olan və Azərbaycanın qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayan “Azərsun Holdinq”ə məxsus İmişli Şəkər Zavoduna baş çəkib.
ABŞ səfiri İmişli Şəkər Zavodunda olub (FOTO)

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta İmişli rayonuna səfəri çərçivəsində regionun ən böyük şəkər istehsalat müəssisəsi olan və Azərbaycanın qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayan "Azərsun Holdinq"ə məxsus İmişli Şəkər Zavoduna baş çəkib.

"Azərsun Holdinq"dən Trend-ə verilən məlumata görə, Şirkətlər Qrupunun baş direktoru Savaş Uzan səfirə müəssisə barədə ətraflı məlumat verib və onu istehsal prosesi ilə tanış edib. Qonaq əvvəlcə laboratoriyanı ziyarət edib və Azərsun müəssisələrində keyfiyyətə nəzarət prosesinin yüksək səviyyədə təşkil olunduğunu əyani izləyib.

Sonra istehsal və qablaşdırma sahələrində olan R.Sekutaya Şəkər Zavodun ABŞ-a məxsus müxtəlif transmilli şirkətlərinin regiondakı yeganə Şəkər tərəfdaşı olduğu bildirilib. Daha sonra səfir Azərbaycan Şəkər İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən və illik istehsal gücü 300 min ton olan müasir Şəkər Yem Fabrikini ziyarət edib.

Görüş zamanı İmişli rayonunun İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bu müəssisənin rayonun və ətraf qəsəbələrinin həyatında müstəsna rol oynadığını bildirdi. Məhz Şəkər Zavodunun fəaliyyəti nəticəsində İmişli rayonu maddi olaraq özünü tam təmin edən və mərkəzdən dotasiya almayan rayona çevrilib. İcra başçısı rayonun maliyyə gəlirlərinin yarıdan çoxunun məhz bu müəssisənin hesabına əldə edildiyini bildirib. "Azərsun Holdinq"ə gələcək fəaliyyətinə uğurlar arzu edən Robert Sekuta müəssisədən çox müsbət fikirlərlə ayrıldığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti