...

Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalı artırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2016 15:43 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib.
Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalı artırılır

Bakı. Trend:

10 fevral 2016-cı il tarixində Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, yığıncaqda ABB-nin nizamnamə kapitalının artırılması və bir sıra prosedur məsələlərə baxılıb.

Ümumi yığıncaqda Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 500 milyon manat məbləğində artırılması, bununla da bankın nizamnamə kapitalının 1 milyard 141,3 milyon manata çatdırılması qərara alınıb.

Bununla yanaşı, Audit Komitəsinin tərkibində dəyişiklik edilib və kommersiya xarakterli layihə ilə bağlı prosedur məsələyə baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti