...

İİB Azərbaycana İslam bankçılığının tətbiqində yardım etməyə hazırdır (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2016 15:38 (UTC +04:00)
Azərbaycan hökuməti İslam İnkişaf Bankı (İİB) ilə ölkədə İslam bankçılığı alətlərinin tətbiqini müzakirə edir.
İİB Azərbaycana İslam bankçılığının tətbiqində yardım etməyə hazırdır (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:30-da yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan hökuməti İslam İnkişaf Bankı (İİB) ilə ölkədə İslam bankçılığı alətlərinin tətbiqini müzakirə edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Onun sözlərinə görə, İİB Azərbaycana bu məqsədlə texniki yardım göstərməyə hazırdır: "Demək istəyirəm ki, biz modelimizin layihəsinin ilkin çərçivələrini artıq formalaşdırmışıq. İİB-in və digər ekspertlərin cəlb edilməsi ilə bu sistemi Azərbaycanda tətbiq edə biləcəyik".

S.Babayev qeyd edib ki, Azərbaycanda İslam bankçılığı modelinin tətbiqinin dəqiq tarixini demək çətindir: "Bu, yeni sistemdir və xüsusi qanunvericiliyin, qaydalar toplusunun hazırlanmasını və s. tələb edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti