...

Monteneqroda Azərbaycan bankı fəaliyyət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2016 12:12 (UTC +04:00)
Monteneqro Mərkəz Bankı Azmont Bankın bank fəaliyyəti göstərməsi üçün lisenziya vermək barədə qərar qəbul edib.
Monteneqroda Azərbaycan bankı fəaliyyət göstərəcək

Bakı. Azad Həsənli - Trend:

Monteneqro Mərkəz Bankı Azmont Bankın bank fəaliyyəti göstərməsi üçün lisenziya vermək barədə qərar qəbul edib. Bu barədə Trend BalkanPro-ya istinadən məlumat veirir. Azmont Bank Azmont Investments və Azerbaijan Global Investments (AGI) şirkəti tərəfindən təsis edilib.

"AGI şirkəti maliyyə sektorunda böyük təcrübəyə malikdir. Strategiyası - Azərbaycan hüdudlarından kənarda xammal sahələrində investisiya layihələrinin realizəsidir" - BalkanPro qeyd edir.

BalkanPro məlumat verir ki, Azmont Banka Bok-Kotorsk buxtası sahillərində yerləşən Kumbor qəsəbəsində Portonovi kompleksinin tikintisi ilə işə başlayacaq.

Qeyd edək ki, Portonovi Monteneqro ərazisində ən böyük layihələrdən biridir.

Ümumilikdə Azmont Bank da daxil olmaqla Monteneqroda fəaliyyət göstərən bankların sayı 15-ə çatdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti