...

"Microsoft" Azərbaycanda kibertəhlükələrin artımı ilə bağlı xəbərdarlıq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2016 13:37 (UTC +04:00)
Kibercinayətlərin sayının artımı səbəbindən kompüter piratçılığı və kibercinayətlərə məruz qalmış istifadəçilərin müdafiəsi məqsədilə “Microsoft” Azərbaycanda “qaynar xətt” açır.
"Microsoft" Azərbaycanda kibertəhlükələrin artımı ilə bağlı xəbərdarlıq edir

Bakı. Trend:

Kibercinayətlərin sayının artımı səbəbindən kompüter piratçılığı və kibercinayətlərə məruz qalmış istifadəçilərin müdafiəsi məqsədilə "Microsoft" Azərbaycanda "qaynar xətt" açır.

"Microsoft" şirkəti Azərbaycanda kibertəhlükələrin artımını qeyd edir ki, bu da son zamanlar ölkədə korporativ kompüterlərə, veb-saytlara və şirkətlərin İT-şəbəkələrinə kiberhücumların sürətli artımı ilə bağlıdır. IDC-nin hesabatına əsasən, 65% hallarda şirkət əməkdaşlarının fərdi kompüterlərinə lisenziyasız proqram təminatı quraşdırılır, hər dördüncü işçi isə öz kompüterinə qeyri-leqal proqram və tətbiqlər yükləyir.

İnternetdə "Microsoft" Korporasiyasının müxtəlif proqram məhsullarını pulsuz yükləmək təklifi vasitəsi ilə eyni saxta sxem Azərbaycanda da rast gəlinir. Misal üçün "pulsuz "Windows" yükləmək" təklifi vasitəsi ilə internetdən proqram yükləndiyi zaman 100 haldan 92-sində müştərilər öz məxfi məlumatlarını və pullarını itirmək riskinə məruz qalır.

"Microsoft" Korporasiyasının Kibercinayətkarlıq ilə Mübarizə Beynəlxalq Mərkəzinin məlumatına əsasən, Şərqi Avropa ölkələrində vətəndaşların 80%-i keçmişdə kibercinayətkarlıq ilə qarşılaşıb, orta və kiçik sahibkarlıqla məşğul olan şirkətlərinin 97,5%-i isə ən azı ildə bir dəfə kibertəhlükəyə məruz qalıb.

"Cinayətkarlar yüksək texnologiyalardan istifadə etdiyi üçün təhlükə səviyyəsi daim artır. Ötən il ərzində 317 milyon zərərli proqram yaradılıb ki, bu da gün ərzində 1 milyona yaxın yeni kibertəhlükə deməkdir, - deyə "Microsoft"un MDB ölkələrində proqram aktivlərinin idarə edilməsi və lisenziyalaşma şərtlərinə əməl edilməsinin yoxlanması üzrə direktoru Dmitri Beresnyev qeyd edib. - "Microsoft" Korporasiyası piratçılığa qarşı mübarizədə yalnız lisenziyalaşdırılmış proqram təminatını istifadə etməyi, müntəzəm olaraq əməkdaşlara korporativ təhlükəsizlik barədə təlim keçməyi, həmçinin məlumatların müdafiəsi məqsədilə xüsusi proqram və cihazlardan tətbiq etməyi məsləhət görür".

Təkcə 2015-ci il ərzində bütün dünya üzrə kiberhücumların zərəri 159 milyard ABŞ dollarına bərabərdir, "Symantec"ın məlumatına əsasən, hesabat ilində 594 milyon insan haker hücumlarının qurbanı olub.

Kompüter piratçılığı da daxil olmaqla kibercinayətlər barədə bildirmək və ya bununla bağlı məsləhət almaq istəyənlər Azərbaycan ərazisində bu elektron adres ünvanına müraciət edə bilər: [email protected].

"Microsoft" haqqında:
1975-ci ildə təsis edilmiş Microsoft Korporasiyası insanların və bizneslərin tam potensialını həyata keçirməsində yardımçı olan proqram təminatı, xidmət və həllərdə dünya lideridir. Microsoft Korporasiyası fərd və bizneslər üçün geniş çeşidli mobil cihaz və bulud xidmətləri təqdim edir ki, bütün dünyada insanların evdə, işdə və yolda daha çox önəm verdikləri fəaliyyətləri həyata keçirməsinə imkanı olsun. Bunların arasında masaüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün masaüstü biznes və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, İnternet şəbəkəsində işləmək üçün vasitələr və yaradıcılıq alətləri. Əlavə olaraq, Microsoft onlayn xidmətlər təklif edir, kompüter mövzularında kitablar çap edir, kompüterlər üçün periferik cihazlar istehsal edir və yeni kompüter texnologiyalarının tədqiqatı və inkişafı ilə məşğul olur. Microsoft Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla, 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft Azərbaycan şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni texnoloji həlləri tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti