...

Sahibkarların nəzərinə

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2016 16:08 (UTC +04:00)
AZPROMO xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulmuş layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir.
Sahibkarların nəzərinə

Bakı. Trend:

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulmuş layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sahibkarların investisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, əsasən ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır. İnvestisiya layihələri texniki iqtisadi əsaslandırma (biznes plan) ilə birlikdə təqdim edilməlidir.

AZPROMO investisiya təkliflərini birbaşa olaraq xarici investorlara və tərəfdaşlara təqdim edəcək.

Sahibkarlıq subyektləri investisiya təkliflərini elektron daşıyıcılarda və ya çap şəklində aşağıda qeyd olunan ünvana təqdim edə bilərlər.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 32, Bakı Biznes Mərkəzi
Əlaqələndirici şəxs: Zaur Qardaşov
e-mail: [email protected]
tel: (012) 598-01-47 (daxili:102)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti