...

Dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 milyard manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2016 18:08 (UTC +04:00)
2016-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 milyard manatdan çox olub.
Dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 milyard manatı ötüb

Bakı. Trend:

2016-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 milyard manatdan çox olub.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin yanvar-fevral ayları ərzində nazirliyin xətti ilə dövlət büdcəsinə 1 milyard 101 milyon 497,6 min manat vəsait daxil olub.

Beləliklə, proqnoz tapşırığına 101,3 faiz əməl edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti