...

Azərbaycan ÜDM-də kreativ iqtisadiyyatın rolunu artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2016 11:12 (UTC +04:00)
Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən “ÜDM-də müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın (kreativ iqtisadiyyatın ) rolunun artırılması sahəsində 2016-2018-ci illər üçün Dövlət Proqramı” hazırlanır.
Azərbaycan ÜDM-də kreativ iqtisadiyyatın rolunu artırır

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən "ÜDM-də müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın (kreativ iqtisadiyyatın ) rolunun artırılması sahəsində 2016-2018-ci illər üçün Dövlət Proqramı" hazırlanır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakıda keçirilən "Kreativ sənayelərdən faydalanaq: Kreativlik və milli inkişaf" mövzusunda keçirilən beynəlxalq seminarda Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib.

Onun sözlərinə görə, agentlik kreativ iqtisadiyyatla bağlı daim tədqiqatlar aparır və ölkə ÜDM-də onun rolunu müəyyən edir: "Tədqiqatlar göstərir ki, 2001-ci ildə Azərbaycan ÜDM-də kreativ iqtisadiyyatın payı 1,1 faiz təşkil edirdisə, indi bu rəqəm 5 faizə qədər artıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti