...

Bank VTB (Azərbaycan) ölkə daxilində pulköçürmələrə başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2016 16:21 (UTC +04:00)
Bank VTB (Azərbaycan) “Monex” pulköçürmə sisteminə qoşulub və bunun sayəsində bankın müştəriləri həm ölkədaxili, həm də xaricə pul köçürə biləcək.
Bank VTB (Azərbaycan) ölkə daxilində pulköçürmələrə başladı

Bakı. Trend:

Bank VTB (Azərbaycan) "Monex" pulköçürmə sisteminə qoşulub və bunun sayəsində bankın müştəriləri həm ölkədaxili, həm də xaricə pul köçürə biləcək.

"Monex" sistemi istənilən məsafədə qısa müddət ərzində pul vəsaiti köçürməyə imkan verir və bu sistem vasitəsi ilə dünyada 30000-dən çox məntəqəsinə pul göndərib və almaq olar. Pul köçürmələri manat, dollar və avro ilə həyata keçirilir.

"Monex" sistemi vasitəsilə Azərbaycan daxilində köçürmələr ünvansız həyata keçirilir və müştəri pul vəsaitini istənilən regionda əldə edə bilər. Məbləğdən asılı olaraq ölkə daxilində köçürmə 2 manatdan 30 manatadək (dollar və ya avro), xarici ölkəyə köçürmə isə ümumi məbləğin 1,5%-ni təşkil edir.

Bank VTB-nin (Azərbaycan) İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib: "Bizim üçün ən əsası hər bir müştərimizi keyfiyyətli bank xidməti ilə təmin etməkdir. Biz daim məhsul və xidmətlərimizi inkişaf etdiririk. "Monex" pulköçürmə sisteminin tətbiqi bu istiqamətdə atılan növbəti addımdır. Yeni sisteminin əsas əlverişli cəhəti odur ki, bu sistem müştərilərimizə Azərbaycan daxilində də köçürmələr etməyə imkan verir".

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və baş ofis yanında Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti