...

Dünya Bankı Azərbaycanda lisenziyaların verilməsi prosesini yüksək qiymətləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2016 16:52 (UTC +04:00)

Bakı. Trend:

Dünya Bankının ölkəmizdə səfərdə olan "Doing Business" hesabatını hazırlayan ekspertləri martın 17-də 5 saylı Bakı "ASAN xidmət" mərkəzində İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara lisenziyaların verilməsi və bu sahədə xidmətlərin göstərilməsi prosesi ilə tanış olublar.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, beynəlxalq ekspertlər ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılmış mexanizmləri, o cümlədən sahibkarlara lisenziyaların qısa müddət ərzində, şəffaf şəkildə və müddətsiz verilməsini yüksək qiymətləndirib, göstərilən xidmətlərin səviyyəsindən razılıqlarını bildiriblər.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə indiyədək sahibkarlıq subyektlərinə 1050-dən artıq lisenziyanın verilməsi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti