...

Beynəlxalq Bankdan Milli Ordumuza dəstək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2016 12:55 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının Baş ofisində də qanvermə aksiyası keçiriləcək.
Beynəlxalq Bankdan Milli Ordumuza dəstək

Trend-i buradan izləyin

Bakı. Trend:

Aprelin 2-də erməni hərbi birləşmələrinin qoşunların təmas xəttində törətdiyi təxribatın qarşısının alınması üçün sürətli əks-həmlə həyata keçirərək strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsini düşməndən azad etmiş Azərbaycan Silahlı Qüvvələrinin bu zəfəri cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradıb.

Vətəndaşlarımız, eləcə də ayrı-ayrı qurumlar ordumuza minnətdarlıq və dəstək hissinin nümayişi üçün imkanlarından istifadə etməyə çalışırlar.

Sabah Azərbaycan Beynəlxalq Bankının Baş ofisində də qanvermə aksiyası keçiriləcək.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Bank əməkdaşları hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərimizin müalicəsinə kömək məqsədilə qan verəcəklər.

Bundan başqa, əməliyyatlar zamanı həlak olmuş hərbçilərimizin, yaxud onların ailə üzvlərinin Azərbaycan Beynəlxalq Bankına kredit borcunun olub-olmadığı araşdırılacaq. Belə bir borc olduğu təqdirdə Bank bu borcların ləğvi barədə qərar qəbul edəcək.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizə Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti