...

"Fitch": ABŞ-ın neft-qaz şirkətlərinin defoltları rekord vurur

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2016 13:33 (UTC +04:00)
ABŞ-ın neft-qaz sahəsindəki şirkətlərinin defoltlarının sayı son 17 ilin rekordlarını vurub.
"Fitch": ABŞ-ın neft-qaz şirkətlərinin defoltları rekord vurur

Bakı. Elçin Hüseynov - Trend:

ABŞ-ın neft-qaz sahəsindəki şirkətlərinin defoltlarının sayı son 17 ilin rekordlarını vurub.

Trend "Finansial Times"a istinadən xəbər verir ki, bu barədə "Fitch" reyting agentliyinin məlumatında bildirilir.

Son 3 gün ərzində "Ultra Petroleum" və "Midstates Petroleum" şirkətləri də müflis olduqlarını elan ediblər. Bununla da ABŞ neft-qaz sahəsində defoltların səviyyəsi 13 %-a kimi qalxıb.

Problemin əsas səbəbi kimi "Fitch" dünya neft qiymətlərinin kəskin düşməsini göstərir. 2014-ci illə müqayisədə neft qiymətləri yarıdan çox ucuzlaşıb.

"Fitch" analitiklərinin hesablamalarına əsasən, ABŞ-da neft-qaz sahəsindəki defoltların səviyyəsi bu ilin sonuna 60 faiz təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti