Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan Asiya İnkişaf Bankının (AİB) yeni strategiyası üzrə konsultasiyaların fəal iştirakçısı olmağa hazırdır. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Almaniyanın Frankfurt şəhərində AİB Rəhbərlər Şurasının 49-cu İllik Toplantısında çıxış edərkən deyib.
Nazir bildirib: "Əminəm ki, AİB-in hazırladığı yeni strategiya yaranan problemləri daha kompleksli həll etməyə imkan verəcək və onun reallaşdırılması bankın güclənməsinə gətirib çıxaracaq".
S.Şərifov çıxışında özəl sektora dəstək də daxil olmaqla AİB-in kredit əməliyyatlarının artırılması və genişləndirilməsinin zəruriliyini vurğulayıb.