...

Bina tikintisi ilə məşğul olan şəxslərə ödənişin köçürülməsi ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2016 10:47 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Nazirlər Kabineti "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nda dəyişikliklər edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, qaydalara edilən yeni əlavələrdə qeyd edilir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən vergi hesab-fakturasında, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir.

Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan vergi hesab-fakturasında, qəbzdə və ya çekdə ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti