...

PAŞA Bank "Azərbaycanın ən yaxşı bankı" adına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2016 18:48 (UTC +04:00)
2015-ci ilin yekunlarına görə PAŞA Bank “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülüb.
PAŞA Bank "Azərbaycanın ən yaxşı bankı" adına layiq görülüb

Bakı. Trend:

Vyanada "Europe Banking Awards 2015" nüfuzlu mükafat laureatlarının elan olunması üçün rəsmi mərasim keçirilmişdir. "EMEA Finance" Britaniyanın hər il nəşr edilən maliyyə jurnalının reytinqinə görə ölkənin iri maliyyə institutlarından biri - PAŞA Bank "Azərbaycanın ən yaxşı bankı" elan edilmişdir.

Təntənəli mükafatlandırma mərasimində PAŞA Bankın İdarə Heyətinin üzvü Şirin Əliyevanın qeyd etdiyi kimi, bank mükafatın alınmasını təkcə bankın və kollektivin deyil, müştərilərinin də uğuru kimi dəyərləndirir: "Makroiqtisadi nöqteyi-nəzərdən mürəkkəb olan 2015-ci ili müvəffəqiyyətlə başa çatdırmağımızın əsas səbəblərindən biri bazar konyunkturasının vaxtında qiymətləndirilməsi və preventiv qaydada risklərin tənzimlənməsi proseslərinin gücləndirilməsidir. Müştərilərimiz ilə sıx dialoqa vaxtında təşəbbüs göstərilməsi və onların işgüzar fəaliyyəti üçün mümkün problemlərin üzə çıxarılması sahibkarların bazarda öz mövqelərini saxlamasına və möhkəmləndirməsinə, bizim isə kredit portfelinin keyfiyyətini gücləndirməyimizə imkan yaratmışdır. Avropanın bu nüfuzlu mükafatına növbəti dəfə layiq görülməyimiz regionun sahibkarlarının PAŞA Bankın xidmətlərindən istifadə edərək peşəkar təcrübədən yararlanmaq, həmçinin öz biznes fəaliyyəti üçün lazımı maliyyə dəstəyini almaq imkanı əldə etməsi faktını təsdiqləyir".

Qeyd etmək lazımdır ki, keçən il də bankın fəaliyyəti bu nüfuzlu mükafat ilə qiymətləndirilmişdir, 2011-2013-cü illər arasındakı müddətdə "EMEA Finance" PAŞA Bankı ölkənin "Ən yaxşı sərmayə bankı" elan etmişdir. Həmçinin "Europe Banking Awards 2012" çərçivəsində PAŞA Bank "Avropada korporativ sosial məsuliyyət üzrə ən yaxşı proqram" nominasiyası üzrə mükafata layiq görülmüşdür.

"Europe Banking Awards"un qalibləri dünyanın aparıcı ekspertləri - maliyyə sənayesinin analitikləri və bank məsləhətçilərinin iştirak etdiyi səsvermənin nəticələrinə görə müəyyən edilir. İnkişaf etməkdə olan ölkələrin bank sektorunun təhlili zamanı aktivlərin artımı, mənfəətlilik, strateji münasibətlərin inkişafı, müştərilərə xidmət sahəsi, rəqabətə dözümlülük səviyyəsi, innovasiya məhsulları istiqaməti və s. meyarlar nəzərə alınır.

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş bank geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 6 biznes-mərkəzi ilə təmsil olunan PAŞA Bankda 400 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti