...

"Alstom" öz metro və tramvay xətləri həllərini Bakıda təqdim edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2016 19:07 (UTC +04:00)
"Alstom" öz metro və tramvay xətləri həllərini Bakıda keçiriləcək TransCaspian sərgisində təqdim edəcək.
"Alstom" öz metro və tramvay xətləri həllərini Bakıda təqdim edəcək

Bakı. Trend:

"Alstom" şirkəti mayın 11-13-də Bakıda keçiriləcək "TransCaspian" sərgisində iştirak edəcək.

Sərgi müddətində "Alstom" yeni performans və iki qapılı geniş dizayn, yeni erqonomik oturacaqlar daxil olmaqla yüksək səmərəlilik və rahatlıq səviyyəsinə malik, real-vaxt rejimli bort informasiyalı, LED texnologiyasına əsaslanan birbaşa və dolayı işıqlandırma sistemli "Citadis" tramvaylarını nümayiş etdirəcək. "Citadis" texniki xidmət işlərini sadələşdirərək (xərclər 11%-ə qədər azaldılmışdır ) rekord yararlılıq təmin edən dəqiqliklə yoxlanılmış standart komponentlər əsasında yaradılmışdır. "Citadis" sərnişinlərin, uşaqlı sərnişinlərin və o cümlədən əlil arabalarının rahatlıqla daxil ola biləcəyi 100% aşağı döşəməli tramvaydır. Müasir tramvay, səmərəlilik, sərnişin tutumu, sürət və təhlükəsizlik ilə bağlı şəhərin ictimai nəqliyyatı üçün yeni imkanlar yaradır. Tramvay digər nəqliyyat vasitələri ilə müqaisədə daha az CO2 emissiyası ixrac edir.

"Alstom", həmçinin inkişaf etməkdə olan şəhərlər üçün "Attractis" kompleks tramvay sistemini təqdim edəcək. Bu həll sifarişçilərin "tam təslim" layihələrinin yerinə yetirilməsi sistemi ilə bağlı artan tələblərinə cavab verir və şəhər tramvay sistemini 30 aylıq rekord qısa müddətə bir podratçı ilə tamamilə tikməyə imkan verir. Ənənəvi tramvay sistemləri ilə müqaisədə bu həll əldə etmək xərclərini və məhsulun umumi dəyərini optimallaşdıraraq investisiyada 20% qənaət edir.

Əlavə olaraq, "Alstom" uzunluq, en, forma, oturacaqların yerləşdirilməsi, sərnişinlərin məlumatlandırılması və təhlükəsizlik avadanlıqları kimi bir sıra müxtəlif konfiqurasiya imkanlarına malik yüksək etibarlı "Metropolis" metro vaqonlarını təqdim edəcək. 2015-ci ildə "Alstom" Bakı Metropoliteni üçün 5 vaqonlu 3 ədəd yeni qatar təchiz etmişdir. Bu metro qatarları, sərnişin axınını optimallaşdıran keçidli vaqonlardan ibarətdir və qatar hərəkətdə olarkən sərnişinlərin təhlükəsizliyini artırmaq üçün qapıların yanında şaquli əl tutacaqları quraşdırılıb.

"Alstom Azərbaycan" MMC şirkətinin icraçı direktoru Elşən Zeynalov deyir: "Azərbaycan Xəzər və Qara dəniz arasında və o cümlədən, Rusiya və İran arasında vacib birləşdirici bənd kimi öz potensialını inkişaf etdirir. "Alstom" azərbaycanlıların rahat və təhlükəsiz səyahət etmələri üçün istənilən fürsətlərdən istifadə etməyə hazırdır. "Alstom" dünyada təslim layihələrin yerinə yetirilməsində uğurlu təcrübəyə malikdir və yerli bazarda öz müasir texnologiyalarını tətbiq etmək niyyətindədir".

2014-cü ildə "Alstom" "Azərbaycan Dəmir Yolları" QSC ilə "Alstom"un Qazaxıstanda olan BM EKZ zavodunda yığılmağı nəzərdə tutulan 50 ədəd lokomotivin təchiz edilməsinə dair müqavilə bağlayıb. İlk elektrik lokomotivinin 2017-ci ilin əvvəlində təslim edilməsi nəzərdə tutulub.

"Alstom" komandası ilə sərgidə 1216-cı stenddə görüşə bilərsiniz.

"Alstom" haqqında:

Davamlı inkişaf təmin etmək məqsədilə "Alstom" şirkəti sistemlərin geniş diapazonunu, dəmir yol nəgliyyatı üçün avadanlıqlar və xidmətləri inkişaf edir və onları bazarda təbliğ edir. "Alstom" şirkəti bazarda həllərin ən geniş növlərini təklif edir: hərəkət tərkibli yüksək sürətli qatarlardan metro və tramvaylara gədər, həmçinin siqnalizasiya sistemləri, texniki xidmətlər, modernizasiya və infrastruktura işləri. Mürəkkəb nəqliyyat sistemi sahəsində "Alstom" dünya lideridir. "Alstom" şirkətinin satışların həcmi 2014 - 2015-ci maliyyə illərində 6,2 mlrd avro etdi, sifarişlərin həcmi isə 10 mlrd avro. Şirkətin 60-dan çox ölkələrindəki müəssisələrində 31 000 işçi işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti