...

"Azərsun Holdinq"in yeni çay plantasiyalarında ilk çay yığımı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2016 14:18 (UTC +04:00)
“Azərsun Holdinq” in yeni çay plantasiyalarında ilk çay yığımı həyata keçirildi.
"Azərsun Holdinq"in yeni çay plantasiyalarında ilk çay yığımı (FOTO)

Bakı. Trend:

Ölkəmizdə çayçılığın inkişafına mühüm töhfələr verən "Azərsun Holdinq"ə məxsus, Masallı rayonu ərazisində salınmış yeni çay plantasiyasında ilk çay yığımı həyata keçirilib.

Dövlət başçısının çayçılığın inkişafı ilə bağlı verdiyi tapşırıq və göstərişlərə əsasən Şirkətlər Qrupu çay məhsullarının istehsal həcminin artırılması üçün zəruri addımlar atır. Holdinqin 100 hektarlıq ərazini əhatə edən və müasir suvarma avadanlıqları ilə təchiz edilmiş bu plantasiyasında ilk dəfə məhsulun toplanılması ilə əlaqədar müxtəlif media qurumlarının təmsilçiləri üçün media tur təşkil edilib.

Görüşdə bildirilib ki, ölkənin ixrac potensialının artırılması üçün müxtəlif layihələr reallaşdırılır və milli markalarımızın ixracı və tanıdılmasına prioritet vəzifə kimi baxılır. Almaniyanın "Heinemann" şirkəti ilə "Azərsun Holdinq" arasında imzalanmış müqaviləyə əsasən artıq dünyanın 50 beynəlxalq hava limanında "Azərçay" markasının satışı həyata keçirilir.

Qeyd edək ki, "Azərsun Holdinq" çayçılığın inkişafı məqsədi ilə yeni plantasiyalar yaratmaqla bərabər yerli fermerlərə də maddi yardımlar göstərir, yerli çayı dünya bazarından daha baha qiymətə alaraq, çayçılığın inkişafına öz töhfələrini vermələri üçün dəstək verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti