...

Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın II iclası payızda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2016 12:12 (UTC +04:00)
Azərbaycan və Xorvatiya cari ilin payızında keçirilməsi planlaşdırılan birgə hökumətlərarası komissiyanın ikinci iclası zamanı iqtisadi əlaqələrin inkişafı məsələlərini müzakirə edəcəklər.
Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın II iclası payızda keçiriləcək

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan və Xorvatiya cari ilin payızında keçirilməsi planlaşdırılan birgə hökumətlərarası komissiyanın ikinci iclası zamanı iqtisadi əlaqələrin inkişafı məsələlərini müzakirə edəcəklər. Bunu Trend-ə Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviç bildirib.

Onun sözlərinə görə, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası bu ilin oktyabrında Bakıda keçiriləcək və onun çərçivəsində biznes-forumun keçirilməsi də planlaşdırılıb.

İclas zamanı tərəflər biznes-əməkdaşlığın genişləndirilməsi, investisiyaların artırılması imkanlarını və s. aktual məsələləri müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti