...

Belarus şirkətləri Azərbaycanda kənd təsərrüfatı texnikasının yeni modellərini təqdim edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2016 12:18 (UTC +04:00)
Belarus şirkətləri Azərbaycanın Beynəlxalq "Kənd təsərrüfatı" (Caspian Agro-2016) sərgisində kənd təsərrüfatı texnikasının yeni nümunələrini təqdim edəcəklər.
Belarus şirkətləri Azərbaycanda kənd təsərrüfatı texnikasının yeni modellərini təqdim edəcəklər

Bakı. Səba Ağayeva - Trend:

Belarus şirkətləri Azərbaycanın Beynəlxalq "Kənd təsərrüfatı" (Caspian Agro-2016) sərgisində kənd təsərrüfatı texnikasının yeni nümunələrini təqdim edəcəklər.

Mayın 19-21-də Bakıda keçiriləcək 10-cu Azərbaycan Beynəlxalq "Kənd təsərrüfatı" (Caspian Agro-2016) sərgisində Azərbaycanda və digər ölkələrdə özünü tanıtmış Belarusun iri kənd təsərrüfatı və universal texnika istehsalçıları iştirak edəcəklər. Onlar Azərbaycanın kənd təsərrüfatı ehtiyacları üçün öz məhsullarını təqdim edəcəklər. Bunu Trend-ə Belarusun Azərbaycandakı səfirliyindən deyiblər.

Belarus nümayəndə heyətinə Baş nazirin müavini Mixail Rusıy rəhbərlik edəcək.

Səfirliyin məlumatına görə, "Qomselmaş" ASC sərgi çərçivəsində XMP pambıqyığan maşın və Azərbaycan şəraitində istismarı üçün xüsusi hazırlanmış КZS-575 modifikasiya edilmiş taxılyığan kombaynın təqdimatını keçirəcək.

"Minsk Traktor Zavodu" ASC pambıq yığımı təsərrüfatları üçün МТZ-82X xüsusi traktor təqdim edəcək.

"Bobruyskaqromaş" ASC-nin stendində sərgiyə gələnlər yem yığımı üşün texnika ilə, PT-165 press-çeşidləyici, eləcə də MT3 traktorları üçün qoşqu və asma avadanlıqlarla tanış ola bilərlər.

"Amkodor" ASC universal AMKODOR-211 yükləyici nümunəsini təqdim edəcək.

Sərgidə, həmçinin, Belarusun brend müəssisələri "Minsk Kristall" ASC və "Neman" Qrodnensk tütün fabriki" ASC-nin stendləri təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti